Technol Power+ 10W- 40 20L

195 ₼
Məhsul haqqında
İstehsal ölkəsi
Dizayn ölkəsi
Litr
20 L
Tətbiqi
TECHNOL POWER+ 10W-40 yağı xüsusilə uzun yolda ağır yük altında işləyən dizel mühərriklərinə uyğun olan sintetik texnologiyalı yağdır. Bu yağ əksər qazla işləyən mühərriklər üçün də uyğundur. “Low-SAPS” texnologiyası (az tərkibdə sulfatlı kül, fosfor və kükürd) ilə TECHNOL POWER + 10W-40 yağı dizel hissəcik filtrləri (DPF) kimi sonrakı təmizləmə sistemləri ilə təchiz olunmuş dizel mühərriklərini qoruyur. TECHNOL POWER+ 10W-40 yağı xüsusilə Avro 6 standartına və Mercedes-Benz, DAF və bəzi Scania mühərriklərinə uyğunlaşdırılmışdır. Bu yağ, həmçinin əksər Avro 5 standartlı avtomobil istehsalçıları üçün də uyğundur və qarışıq markaların (Amerika və Avropa istehsalçılarının) bir çox modelini minimal məhsul sayı ilə idarə etməyə imkan verir. TECHNOL POWER+ 10W-40 AVRO 5 və AVRO 6 emissiya standartlarını qarşılayan yük və minik avtomobilləri üçün, həmçinin AB-nin IIIA, IIIB, IV və US Tier 4 emissiya standartlarına uyğun gələn kənd təsərrüfatı, dağ-mədən və tikinti nəqliyyat vasitələri üçün uyğundur. TECHNOL POWER+ 10W-40 üstün porşen təmizliyi, oksidləşmə qoruması və aşınma nəzarəti sayəsində motorun dayanıqlılığını təmin edir.
Üstünlükləri
Sintetik bazası və yüksək performanslı qatqıları sayəsində yüksək performanslı yağı ərsəyə gətirməsi və müstəsna termal stabilliyin təmini; Yüksək yuyucu, anti-oksidant və anti-korroziya xüsusiyyətləri ilə DAF, MAN və Mercedes-Benz tərəfindən tələb olunan uzadılmış yağdəyişmə intervalına çatması və texniki xidmət xərclərini azaltması; Yuyucu, paylayıcı və köhnəlmə əleyhinə tərkibi ilə mühərrikin ən həssas hissələrini təmiz saxlaması, mükəmməl porşen təmizliyi performansı silindr vtulkasının cilalamasına qarşı effektiv müdafiənin təmini; Təkmilləşdirilmiş “low-SAPS” formulası ilə dizel hissəcik filtrinin (DHF) tıxanmasının qarşısını alması və sonrakı təmizləmə sisteminin davamlılığının gücləndirilməsi.