Technol Turbodizel Transporter 10W-40 1L

6.4 ₼
Məhsul haqqında
İstehsal ölkəsi
Dizayn ölkəsi
Litr
1 L
Tətbiqi
TECHNOL TURBODİZEL TRANSPORTER 10W-40 xüsusilə uzun məsafəli yollarda olan dizel mühərrikli ağır yük maşınları üçün uyğun sintetik sürtkü yağıdır. Yüksək iş qabiliyyətli bu sürtkü yağı Scania tərəfindən uzun müddətli yağdəyişmə intervalına sahib Avro 6 mühərriklərinin sonuncu nəsli üçün təsdiqlənmişdir. TECHNOL TURBODİZEL TRANSPORTER 10W-40 sürtkü yağı IVECO, Ford və Mercedes kimi əksər istehsalçılar tərəfindən Avro 5 (və öncəki) mühərrik modelləri üçün tövsiyə olunur. TECHNOL TURBODİZEL TRANSPORTER 10W-40 sürtkü yağı minimal istehsal sayına sahib mühərrik modellərinin müxtəlif markaları üçün (Amerika və Avropa istehsalçılarının) istifadə oluna bilər.
Üstünlükləri
Yüksək iş qabiliyyətli qatqılar və üstün keyfiyyətli sintetik baza yağı ilə birləşməsi sayəsində soyuq hava şəraitində mühərrikin asan işə düşməsinin təmini; Tam sintetik baza yağı sayəsində termal stabilliyin təmini; Yuyucu, anti-oksidant və anti-korroziya qatqılarının birləşməsi sayəsində əksər istehsalçılar, xüsusilə də Scania tərəfindən təyin edilmiş uzadılmış yağdəyişmə intervalının əldə edilməsi və texniki xidmət xərclərinin azaldılması; TBN səviyyəsinə (Ümumi Baza yağı Miqdarı) (16 mgKOH/g) sayəsində turşu birləşmələrini neytrallaşdırması və onların aşındırıcı xüsusiyyətlərinin qarşısının alınması.